BAYRAQDAR MEDİA – Türkiyənin xarici işlər naziri Hakan Fidan, Suriya səfəri çərçivəsində Şamda Suriya Prezidenti Əhməd əl-Şara və Ukrayna Prezidenti Volodimir Zelenskiy ilə görüşüb.
Bu barədə Türkiyə XİN-in sosial şəbəkə hesablarından məlumat yayılıb.
Məlumatda deyilir ki, nazir H.Fidan, rəsmi səfəri çərçivəsində Suriya ilə əlaqələrini davam etdirərkən, Türkiyə, Suriya və Ukrayna arasında üçtərəfli görüş təşkil edilib: “Görüşdə xarici işlər naziri Fidan, Ukrayna Prezidenti Volodimir Zelenskiy və Suriya Prezidenti Əhməd əl-Şara iştirak ediblər. Səfər çərçivəsində Nazir Fidan, Suriya Xarici İşlər Naziri Əsad Həsən Şeybani və Ukrayna Xarici İşlər Naziri Andrii Sybiha ilə üçtərəfli görüş keçirib”.
Nazirliyin sosial media hesabından edilən paylaşımda Fidanın, Ukrayna Xarici İşlər Naziri Andrii Sybiha ilə ayrıca görüşdüyü bildirilib.






İlk şərhi yaza bilərsiniz