Press "Enter" to skip to content

ASA “Study in Azerbaijan” beynəlxalq sərgisində

ASA “Study in Azerbaijan” beynəlxalq sərgisində

BAYRAQDAR MEDİA – Qazaxıstanın Almatı şəhərində Azərbaycanın ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisi keçirilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan İdman Akademiyasından (ASA) daxil olub.

Xəbərdə bildirilir ki, “sərgidə təmsil olunan 25-ə yaxın aparıcı ali təhsil müəssisələri içərisində ASA stendi də yer alır. Akademiyanı Tədris işləri üzrə prorektor Ülkər Babayeva, Beynəlxalq əməkdaşlıq və layihələrlə iş şöbəsinin Beynəlxalq reytinqlər üzrə koordinatoru Nərgiz Vəliyeva və şöbənin baş mütəxəssisi Qalibə Hüseynova təmsil edirlər. Sərgiyə gələn abituriyent və tələbələr ASA-nın ali təhsil proqramları, akademik imkanları və elmi nailiyyətləri haqqında məlumat əldə edir, həmçinin onların ikili diplom proqramları və qəbul tələbləri ilə bağlı sualları cavablandırılır”.

Qeyd edək ki, sözügedən sərgi 7-8 aprel tarixlərində Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.