BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) 5 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinlərinin iştirakı ilə “Bahar mənəm” adlı tədbir təşkil edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “tədbir zamanı uşaqlar çiçəklər əkib, köhnə təkərlərdən istifadə edərək onları rəngləyib, maraqlı dekora çeviriblər. Müəssisə sakinləri həm birlikdə əyləncəli vaxt keçiriblər, həm də öz yaradıcılıq bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar”.
Ardınca xəbərdə, “bu cür tədbirlər uşaqlarda özünəinamın artmasına və komandada işləmək vərdişlərinin formalaşmasına müsbət təsir göstərir. Eyni zamanda, onların sosial reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına töhfə verir” deyə qeyd olunur.





