Press "Enter" to skip to content

Nazir “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Nazir “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

BAYRAQDAR MEDİA – Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Mentorluq Proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Aslan HəsənliNicat Qocayevlə yekun görüşünü keçirib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya KTN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “görüşdə Mentorluq Proqramı müddətində görülən işlər, əldə olunan təcrübə, iştirakçıların peşəkar və şəxsi inkişaf istiqamətində qazandıqları bilik və bacarıqlar, eləcə də qarşıdakı dövrdə bu potensialın daha səmərəli şəkildə dəyərləndirilməsi məsələləri müzakirə olunub. Eyni zamanda, proqram çərçivəsində formalaşan yanaşmaların gələcək fəaliyyətə inteqrasiyası, idarəetmə bacarıqlarının daha da təkmilləşdirilməsi və yeni inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb”.

Sonra xəbərdə, ““Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər. Qeyd edək ki, sayca altıncı müsabiqənin keçirilməsi ilə bağlı İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.