Press "Enter" to skip to content

Turizmlə bağlı bir ilk

Sərgidən foto

BAYRAQDAR MEDİA – Azərbaycan Turizm Bürosu (ATB) aprelin 6-da İndoneziyanın Cakarta şəhərində başlayan “Indonesia Travel Expo 2026” (ITE) sərgisində ölkənin turizm potensialını ilk dəfə təqdim edib.

Bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, sərgi çərçivəsində keçirilən işgüzar görüşlərdə Azərbaycan İndoneziya bazarında cəlbedici səyahət istiqaməti kimi tanıdılıb, iştirakçılara yeni turizm məhsulları və xidmətlər barədə məlumat verilib: “Tədbir zamanı yerli səyahət agentlikləri ilə əlaqələrin qurulması, əməkdaşlıqların genişləndirilməsi və yeni biznes imkanlarının araşdırılması istiqamətində görüşlər keçirilib. İştirak, həmçinin Azərbaycanın İndoneziya bazarında “Umrah Plus” istiqaməti kimi təşviqi baxımından mühüm platforma rolunu oynayıb. Bu çərçivədə ölkənin zəngin İslam irsi, tarixi məscidləri, mədəniyyəti, halal qida imkanları, təbii gözəllikləri və müasir turizm infrastrukturu ön plana çıxarılıb”.

Sərgi aprelin 9-da Surabaya şəhərində davam edəcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.