Press "Enter" to skip to content

Ardahanda bilək güləşi yarışları keçiriləcək

BAYRAQDAR MEDİA – 11-12 aprel tarixlərində Ardahanda Məktəb İdmanları Ulduzlar Bilək Güləşi Qrup Yarışları keçiriləcək.

Bu barədə ardahanhaber.com.tr saytı məlumat yayıb.

Məlumata görə, Gənclər və İdman Nazirliyinin fəaliyyət proqramı çərçivəsində təşkil edilən yarış gənc idmançıları bir araya gətirəcək: “Yarışların açılış mərasimi 11 aprel saat 09:30-da Kazım Karabekir Paşa İdman Salonunda keçiriləcək. İki gün davam edəcək yarışlarda qız və oğlan idmançılar növbəti mərhələyə yüksəlmək üçün gərgin mübarizə aparacaqlar. Yarışlardan əvvəl texniki iclas 10 aprel saat 16:00-da İdmançı Fabrikasında keçiriləcək. Həmin gün saat 17:00-da idmançıların çəki ölçmə prosesi həyata keçiriləcək”.
Məluamtda deyilir ki, regionun müxtəlif şəhərlərindən yarışa geniş iştirakın olacağı gözlənilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.