BAYRAQDAR MEDİA – 11-18 aprel tarixlərində İspaniyada yelkənli qayıq üzrə ILCA 4 (Beynəlxalq Laser Sinfi Assosiasiyası) Avropa çempionatı keçiriləcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Su İdman Növləri Federasiyasından (AWSF) daxil olub.
Xəbərdə qeyd olunur ki, “Mursiya şəhərində təşkil olunacaq qitə birinciliyində AWSF Azərbaycanı iki idmançı ilə təmsil edəcək. Komandanın heyətində Nərgiz Məmmədova və Nəzrin Məmmədova yüksək nəticələr uğrunda mübarizə aparacaqlar. Məşqçi Mithat Can Yıldırım, komanda rəhbəri isə Burcu Algon Giorgiannidir”.





