BAYRAQDAR MEDİA – Aprelin 8-də “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin ümumi yığıncağı keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “GİN-in inzibati binasında keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb. “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin prezidenti Rauf Xəlilov çıxış edərək bu idman növünün inkişafı üçün görülən işlərin əhəmiyyətini vurğulayıb. Daha sonra sözügedən İctimai Birliyin 2022-2025-ci illər ərzində görülən işlər barədə hesabatı təqdim olunub. Gündəlikdəki məsələlər təsdiq olunduqdan sonra İctimai Birliyin Nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb və səsvermə nəticəsində yeni redaksiyada qəbul olunub”.
Daha sonra xəbərdə, “yığıncaqda federasiya rəhbərliyinə seçkilər də keçirilib. Səsvermənin nəticələrinə əsasən R.Xəlilov növbəti 4 il müddətinə federasiyanın prezidenti, Zakir İbrahimov və Anar Əzimov vitse-prezidentləri, Kamran Qasımov, Zaur İbrahimov və Kamal İbrahimov isə İdarə Heyətinin üzvləri seçiliblər. Nəzarət-Təftiş Komissiyasına da seçkilər keçirilib. Afaq Zeynalova sədr, Nigar İbrahimova və Səmayə Rəsulzadə isə üzv seçiliblər” deyə bildirilir.






İlk şərhi yaza bilərsiniz