Press "Enter" to skip to content

Lüksemburqda Azərbaycan stendinə böyük maraq

Azərbaycan stendi

BAYRAQDAR MEDİA – Lüksemburqda“Miqrasiyalar, mədəniyyətlər və vətəndaşlıq” adlı beynəlxalq festival keçirilib. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyin dəstəyi, Lüksemburq–Azərbaycan Dostluq Assosiasiyasının təşkilatçılığı ilə ölkəmiz ilk dəfə bu festivalda iştirak edib.

Bu barədə Komitədən məlumat verilib.

Məlumata görə, Azərbaycan stendi festival iştirakçılarının diqqət mərkəzində olub. Qonaqlar Azərbaycanın zəngin mədəni irsinə, milli mətbəx nümunələrinə və əsrlər boyu formalaşan ənənələrinə böyük maraq göstəriblər: “Soydaşlarımız festival boyu mədəni mübadiləvə qarşılıqlı ünsiyyət üçün geniş imkanlardan səmərəli istifadə ediblər. Lüksemburqun Xarici işlər və xarici ticarət naziri XavierBettel, eləcə də Ailə işləri, həmrəylik, birgəyaşayış və qaçqınların qəbulu üzrə nazir Max Hahn Azərbaycan stendindəki mədəniyyət nümunələri ilə yaxından tanış olublar. Azərbaycanın bu nüfuzlu beynəlxalq platformadaiştirakı ölkəmizin mədəniyyətinin Lüksemburqda daha geniş tanıdılmasına,müxtəlif icmalar arasında mədəni dialoqun gücləndirilməsinə və qarşılıqlı əlaqələrin inkişafına mühüm töhfə verib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.