BAYRAQDAR MEDİA – Milli Məclisin deputatı Müşfiq Cəfərov Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən “Erkən kəsimə son” maarifləndirici kampaniyasına qoşulub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AQTA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “millət vəkilinin sözlərinə görə, əvvəllər körpə quzulara münasibət başqa idi və onların kəsilməsi günah hesab olunurdu: “Mən də Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi kampaniyaya qoşuluram və dəstəkləyirəm. Sonuncu statistik rəqəmlərə baxdıqda hesab edirəm ki, burada ictimaiyyətin də fəallığına çox böyük ehtiyac var. İctimaiyyət bunu birmənalı dəstəkləməlidir”. Millət vəkili vətandaşlara çağrış edərək bildirib ki, sağlamlığı qorumaq və ərzaq təhlükəsizliyinin təmin olması naminə bu kampaniyada aktiv iştirak etmək çox vacibdir”.






İlk şərhi yaza bilərsiniz