Son yeniləmə: 7 Aprel 2026
BAYRAQDAR MEDİA – Adana Alparslan Türkeş Elm və Texnologiya Universitetində aralıq imtahanları dövründə rəhbərlik tələbələrlə görüş keçirib. Universitet rektoru Prof. Dr. Adnan Sözen və rəhbər heyət kitabxanada imtahana hazırlaşan tələbələri ziyarət edib.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Məlumata görə, rektor müavinləri və universitetin baş katibi də tələbələrlə söhbət edərək onlara uğurlar arzulayıblar: “İmtahan həftəsi ilə əlaqədar kitabxananın iş saatları saat 22:00-dək uzadılıb. Universitet rəhbərliyi kitabxana girişində qurulan stenddə tələbələrə isti şorba və çay təqdim edib. Rektor Adnan Sözen bildirib ki, imtahan həftəsi boyunca tələbələr üçün bu cür dəstək davam edəcək”.
Tələbələr isə bu təşəbbüsün onların motivasiyasını artırdığını və böyük mənəvi dəstək olduğunu qeyd ediblər.






İlk şərhi yaza bilərsiniz