Press "Enter" to skip to content

Əlilliyi olan şəxslərin əl işlərindən ibarət növbəti satış sərgisi

Əlilliyi olan şəxslərin əl işlərindən ibarət növbəti satış sərgisi

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) və 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə əlilliyi olan şəxslərin əl işlərindən ibarət satış-sərgi təşkil edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Agentliyin Əlilliyi olan Şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin məzunları və hazırda Mərkəzdə peşə təlimi alan gənclərin iştirakı ilə keçirilən sərgidə 16 müəllifin 9 istiqamət üzrə ümumilikdə 830 ədəd əl işi nümayiş etdirilib. Təqdim olunan əl işlərinə dərzilik nümunələri, rəssamlıq əsərləri, vitraj boya ilə hazırlanmış suvenirlər, bədii tikmə, toxuculuq məhsulları, toxunma oyuncaqlar, dulusçuluq məmulatları, bədii oyma və xalçaçılıq nümunələri daxildir”.

Sərginin məqsədi əlilliyi olan şəxslərin peşə bacarıqlarını və yaradıcılıq potensialını geniş ictimaiyyətə təqdim etmək, onların cəmiyyətə inteqrasiyasını dəstəkləməkdir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.