Press "Enter" to skip to content

Erkən nikahla mübarizə mövzusunda maarifləndirici görüşlər

Erkən nikahla mübarizə mövzusunda maarifləndirici görüşlər

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) təşkilatçılığı ilə Ağdaş şəhər Nizami Gəncəvi adına 2 saylı tam orta məktəbdə və Qax şəhər Namiq Allahverdiyev adına 2 nömrəli məktəb-liseydə görüşlər təşkil edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “erkən nikaha qarşı mübarizə mövzusuna həsr edilən tədbirlərdə şagirdlər, müəllimlər və QHT nümayəndələri iştirak ediblər. Görüşlər zamanı iştirakçılara SXA-nın fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib, Agentlik tərəfindən həyata keçirilən “Təhsildə sosial iş” xidmətinin mahiyyəti izah olunub. Çıxışlarda həmçinin erkən nikahın fəsadları, bu halların qarşısının alınması yolları və maarifləndirmənin əhəmiyyətindən danışılıb”.

Qeyd edək ki, “Təhsildə sosial iş” xidməti çərçivəsində təhsil ocaqlarında mütəmadi olaraq tədbirlər təşkil edilir, iştirakçılar ictimai əhəmiyyətli mövzularda məlumatlandırılır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.