Press "Enter" to skip to content

Görkəmli arxeoloqun biblioqrafik göstəricisi nəşr edilib

Görkəmli arxeoloqun biblioqrafik göstəricisi nəşr edilib

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) tərtibatında AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, görkəmli arxeoloq alim, tarixçi, Prof. Vəli Baxşəliyevin 70 illik yubileyi münasibətilə alimin həyatı və elmi fəaliyyətini əks etdirən biblioqrafik göstərici işıq üzü görüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “görkəmli alim, ömrünü Naxçıvan ərazisində mövcud olan tarixi abidələrin sistemli tədqiqinə həsr edib. O, 300-ə yaxın elmi əsərin, xarici ölkələrdə nəşr olunmuş 260-dan çox elmi məqalənin müəllifidir. V.Baxşəliyevin xarici ölkə tədqiqatçıları ilə birgə apardığı ekspedisiyalar həm Naxçıvan tarixi, həm də Azərbaycan tarixi üçün mühüm nəticələr verib. AMEA Rəyasət Heyətinin müvafiq qərarlarına əsasən “Görkəmli Elm xadimləri” seriyası altında tərtib olunan biblioqrafik göstəricinin elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovdur. Vəsaitin redaktorları Biblioqrafiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva və Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzova, tərtibçisi isə baş biblioqraf Natəvan Rəhimovadır”.

Ardınca xəbərdə, “göstərici alimin həyat və fəaliyyətinin bütün sahələrini əks etdirir. Nəşrdə V.Baxşəliyevin əsərləri, redaktə etdiyi və rəy verdiyi əsərlər, iştirak etdiyi beynəxalq, regional və respublika səviyyəli konfranslar, elmi rəhbərlik etdiyi dissertantlar, həmçinin rəhbərlik etdiyi arxeoloji ekspedisiyalar və s. haqqında məlumatlar verilir. Biblioqrafiya tarixçilər, arxeoloq və etnoqraflar, elmi tədqiqatçılar, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Qeyd edək ki, bu nəşrin elektron versiyası ilə kitabxananın saytındakı elektron kitabxana bölməsində tanış olmaq mümkündür” deyə qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.