BAYRAQDAR MEDİA – Burada təbiət öz gözəlliyi ilə göz oxşayır. Laçın şəhərinin başından bəyaz buludlar, ayağından Həkəri keçir. Bəzən öz məcrasında sakit axan, bəzən coşub çağlayan Həkəri çayı… Bu gün onun sahilləri uşaqlı-böyüklü laçınlıların ən sevimli istirahət məkanıdır. Bu növrağı görüncə insanın yadına bir dua qədər hikmətli misra düşür: “Gözün aydın, ay Laçın, gözün aydın, Həkəri!”.
Bu məlumat BAYRAQDAR MEDİA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) mətbuat xidmətindən daxil olub.
Məlumatda deyilir ki, “sözügedən Komitənin təşkilatçılığı ilə hazırlanmış videoçarx Laçının yeni növrağını əks etdirir. Layihə Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə ərsəyə gəlib”.






İlk şərhi yaza bilərsiniz