Press "Enter" to skip to content

Gündəliyə 5 məsələ daxil edilib

Ali Məclis

BAYRAQDAR MEDİA – Yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il yaz sessiyasının beşinci iclası aprelin 10-da keçiriləcək. İclasının gündəliyinə 5 məsələ daxil edilib.

Bu barədə Ali Məclisin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, iclasın gündəlyinə aşağıdakı məsələlər daxil edilib: 1. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2025-ci il üzrə fəaliyyəti haqqında hesabatı; 2. “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununun ləğv edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanunu; 3. “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi (birinci oxunuş); 4. “Naxçıvan Muxtar Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərar layihəsi; 5. Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının tərkibində dəyişiklik edilməsi”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.