BAYRAQDAR MEDİA – Iğdır Universiteti Ağız və Diş Sağlığı Xəstəxanasında tarixi bir ilk yaşanıb. Prof. Dr. Cenk Fatih Çanakçı tərəfindən həyata keçirilən əməliyyatla universitetdə ilk implant müalicəsi uğurla tamamlanıb.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Məlumata görə, müasir tibbi avadanlıqlar və yenilənmiş üsullardan istifadə edilən bu əməliyyat, Iğdırın səhiyyə xidmətləri sahəsində yeni bir dövrün başlanğıcını qoyub.
Diş Həkimliyi Fakültəsinin Dekanı Prof. Dr. Cenk Fatih Çanakçı tərəfindən birbaşa icra olunan əməliyyatda inkişaf etmiş cərrahi texnikalardan istifadə edilib. Akademik və klinik dəqiqliklə aparılan müdaxilə zamanı xəstəyə tikişsiz və “immediat” (diş çıxarıldıqdan dərhal sonra yerinə implant yerləşdirilməsi) üsulu ilə tam 6 implant tətbiq olunub. Bu uğurlu prosedur xəstəxananın texnoloji infrastrukturu və ixtisaslı heyətinin yüksək səviyyəyə çatdığını bir daha nümayiş etdirib.






İlk şərhi yaza bilərsiniz