Press "Enter" to skip to content

Məşqçilərə diplom verilib

Məşqçilərə diplom verilib

BAYRAQDAR MEDİA – Aprelin 9-da Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Təhsil və Reabilitasiya Mərkəzində UEFA-nın A kateqoriyalı məşqçi kursunu müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə müvafiq diplomlar verilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AFFA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “diplomları AFFA-nın baş katibinin müavini Elçin Məmmədov və təlimatçılar Osman Rəhimovla Arif Əsədov təqdim ediblər. Qeyd edək ki, 2025-2026-cı illəri əhatə edən UEFA-nın A kateqoriyalı məşqçi kursunu Təhsil Şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçılar Osman Rəhimovla Arif Əsədov keçiblər”.

Mission News Theme by Compete Themes.