Press "Enter" to skip to content

Şəhid tələbənin məzuniyyət mantiyası ailəsinə təqdim edilib

Şəhid tələbənin ailəsi ilə görüş

BAYRAQDAR MEDİA – Ardahan Universitetinin rektoru Prof. Dr. Öztürk Emiroğlu Bakıda şəhid tələbə Mustafa Kərimovun ailəsi ilə görüşüb. Görüş 2020-ci ildə baş vermiş II Qarabağ müharibəsində şəhid olan universitet tələbəsinin xatirəsinə həsr olunub.

Bu barədə universitetdən məlumat verilib.

Məlumata görə, rektor Emiroğlu şəhid tələbənin geyinməyə haqq qazandığı məzuniyyət mantiyası və papağını ailəsinə təqdim edib: “Bu addım tələbənin həm akademik uğurunun, həm də vətənpərvərliyinin simvolu kimi qiymətləndirilib. Təqdimat mərasimi şəhid üçün yaradılmış xatirə guşəsinin qarşısında keçirilib. Görüş zamanı emosional anlar yaşanıb və şəhidin xatirəsi böyük ehtiramla yad olunub”.

Universitet rəhbərliyi qəhrəman tələbəni minnətdarlıq və hörmətlə anıb. Ailəsinə isə səbir və dözüm arzulandığı bildirilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.