BAYRAQDAR MEDİA – KKTC-nin hakim Ulusal Birlik Partiyasının (UBP) deputatı Zorlu Töre hökumətin yaşayış bahalığına görə verilən ödənişlə bağlı qərarına etiraz olaraq həmkarlar ittifaqlarının başladığı tətil və aksiyalar barədə açıqlama verib. Sosial şəbəkə hesabından edilən açıqlamada o, bəzi həmkarlar ittifaqlarının hökumətin istefası və erkən seçkilərin keçirilməsi ilə bağlı tələblərini tənqid edib.
Zorlu Töre bildirib ki, həmkarlar ittifaqları daxilində də bu məsələ ilə bağlı fərqli mövqelər mövcuddur. Onun sözlərinə görə, bəzi nümayəndələr tətilin davam etdirilməsini istədiyi halda, digərləri məsələni komitədə müzakirə edib yeni qanun layihəsini gözləməyi təklif edir.
Deputat erkən seçki tələblərinə də reaksiya verərək bildirib ki, bu halda həmkarlar ittifaqlarının rəhbərləri özləri hökumət qurub ölkəni idarə edə bilərlər. O qeyd edib ki, tətil və etiraz aksiyaları demokratik hüquqdur, lakin bunun da müəyyən həddi olmalıdır. Z.Töre hökumətin kompromis üçün lazımi addımlar atdığına inandığını da vurğulayıb.










İlk şərhi yaza bilərsiniz