BAYRAQDAR MEDİA – Anadolu Universitetinin Strateji Araşdırmaları Mərkəzi (ANASAM) tərəfindən təşkil olunan “Pax Americana: Yolun və nəzəriyyənin sonu mu?” mövzusunda seminar universitetin İletişim Bilimleri Fakültəsində keçirilib. Seminarda Necmettin Erbakan Universitetinin müəllimi Prof. Dr. Murat Çemrek qlobal sistem və beynəlxalq münasibətlərdə baş verən dəyişikliklər barədə çıxış edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya universitetdən məlumat verilib.
Məlumata görə, tədbirin açılışında çıxış edən rektor Prof. Dr. Yusuf Adıgüzel qlobal dünyada baş verən hadisələrin hər bir ölkənin gündəlik həyatına və iqtisadiyyatına birbaşa təsir göstərdiyini vurğulayıb: “Prof. Dr. Murat Çemrek isə çıxışında ABŞ hegemoniyasının son illərdə zəiflədiyini və beynəlxalq sistemdə yeni güc balanslarının formalaşmağa başladığını bildirib. Onun sözlərinə görə, dollar və iqtisadi mexanizmlər hələ də qlobal sistemdə mühüm rol oynasa da, dünyada alternativ modellər və yeni güc mərkəzləri meydana çıxır. Alim həmçinin müasir dövrdə demokratiyaların gerilədiyini, avtoritar idarəetmə modellərinin isə yüksəlişə keçdiyini qeyd edib”.
Seminar zamanı beynəlxalq hüququn çox vaxt siyasi güc münasibətlərindən asılı olaraq formalaşdığı da vurğulanıb.
Tədbir sonda Prof. Dr. Murat Çemrekə xatirə hədiyyəsinin təqdim olunması ilə başa çatıb.






İlk şərhi yaza bilərsiniz