Press "Enter" to skip to content

“Bahar” Kuboku turniri olacaq

“Bahar” Kuboku turniri olacaq

BAYRAQDAR MEDİA – Azərbaycan Atçılıq Federasiyasının (AAF) təqvim planına əsasən aprel ayının 14-15-i aralığında konkur üzrə “Bahar” Kuboku turniri keçiriləcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Federasiyadan daxil olub.

Xəbərdə deyilir ki, “Novxanı qəsəbəsindəki “Sərhədçi” Atçılıq Mərkəzində təşkil olunacaq yarışda qələbə uğrunda “Omar”, “Sərhədçi”, “Murad” və “Elite” klublarını, həmçinin Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbini təmsil edən 20-dən artıq iştirakçı mübarizə aparacaq. İdmançılar 3 kateqoriyada: hündürlüyü 90 sm (A kateqoriyası), 115 sm (L kateqoriyası) və 125 sm (M* kateqoriyası) olan maneələrin dəf olunmasında yarışacaqlar”.

Bildirək ki, turnirin yekununa görə hər nominasiyada ilk 5 yeri tutacaq iştirakçılara mükafatlar təqdim olunacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.