Press "Enter" to skip to content

Baykar nümayəndə heyəti Süleyman Demirel Universitetində

Görüşdən xatirə fotosu

BAYRAQDAR MEDİA – Baykar Texnologiya şirkətinin nümayəndələri Süleyman Demirel Universitetində görüş keçiriblər. Görüş universitet rektoru professor Mehmet Saltanın kabinetində olub.

Bu barədə universitetdən məlumat verilib.

Məlumata görə, müzakirələrdə “Küre” adlı məlumat platformasının məqsədləri barədə danışılıb: “Layihənin etibarlı və davamlı məlumat ekosistemi yaratmaq məqsədi daşıdığı bildirilib. Platformada alim və tələbələrin iştirakı ilə minlərlə orijinal məzmun hazırlandığı qeyd olunub”. Görüşdə tələbələrin yalnız məlumat istehlak edən deyil, həm də məlumat yaradan şəxslər kimi yetişdirilməsinin vacibliyi vurğulanıb. Həmçinin süni intellektin məzmun istehsalında dəstək vasitəsi kimi istifadə oluna biləcəyi bildirilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.