Press "Enter" to skip to content

KTN-in vəzifəli şəxslərinin bölgələrdə vətəndaş qəbulları davam edir

KTN-in vəzifəli şəxslərinin bölgələrdə vətəndaş qəbulları davam edir

BAYRAQDAR MEDİA – Kənd Təsərrüfatı Nazirliyinin (KTN) vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları davam etdirilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya KTN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən Nazirliyin Elm, təhsil və insan resursları şöbəsinin müdiri Fərid Nəcəfov aprelin 10-da Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Qusar və Xaçmaz rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərini nəzərdən keçirib. Qəbulda vətəndaşların müraciətləri əsasən dövlət dəstəyi tədbirləri, subsidiya, gübrə ilə təminat, toxumçuluq və digər məsələlərlə bağlı olub. F.Nəcəfov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyərək qaldırılan məsələlərin hərtərəfli araşdırılması və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib”.

Ardınca xəbərdə, “müraciətlərin bir qismi yerindəcə həllini tapıb, bəziləri isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin səlahiyyətlərinə daxil olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Görüş zamanı şöbə müdiri dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı Sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına mühüm töhfə verdiyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.