Press "Enter" to skip to content

Təbii fəlakətlərə hazırlıq üşün təlimlər

Erciyes Universiteti

BAYRAQDAR MEDİA – Erciyes Universiteti Hüquq Fakültəsinin Fəlakət və Təxirəsalınmaz Vəziyyətlərin İdarə Edilməsi Baş İdarəsi (AFAD) əməkdaşlığı ilə “Fəlakət maarifləndirmə təhsili və zəlzələ təxliyə təlimi” təşkil olunub.

Bu barədə univeristetin məlumatında qeyd olunub.

Məlumata görə, tədbirə AFAD Axtarış-Qurtarma Birlik Rəhbəri Hasan Say, AFAD əməkdaşı Arzu Aktaş və tələbələr qatılıb.

Tədbirin açılışında çıxış edən Hasan Say AFAD-ın təşkilati quruluşu və həyata keçirdiyi fəaliyyətlər haqqında məlumat verib. Hasan Say bildirib ki, Türkiyə üzrə 20 şəhərdə axtarış-qurtarma birliyi fəaliyyət göstərir. Kayseri Birliyinin hazırkı personal sayı 67 nəfərdir və may ayı ilə birlikdə bu sayın 100-ə çatdırılması planlaşdırılır. AFAD komandalarının fəaliyyət sahəsinə aid məlumat verən Say, qar uçqunu, sel, yol-nəqliyyat qəzası, boğulma halları və kimyəvi hadisələr də daxil olmaqla bir çox fəlakət və fövqəladə vəziyyətlərdə aktiv şəkildə iş gördüklərini bildirib.
Çıxışlardan sonra iştirakçılara fəlakət maarifləndirməsi üzrə təlim verilib. Həmçinin, proqram çərçivəsində zəlzələ zamanı nə etmək lazım olduğu praktik olaraq nümayiş etdirilən təxliyə təlimi keçirilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.