Alim Bayel: Türk-islam aləminin təmsilçiləri olaraq bu cür aksiyalarda ön sıralarda yer almaqla köklərimizə, dəyərlərimizə sadiqliyimizi nümayiş etdiririk
BAYRAQDAR MEDİA – “Qarşılıqlı yardım və ehtiyacı olanlara dəstək, xüsusilə uşaq və qadınlara göstərilən diqqət sivilizasiya kodumuzun ayrılmaz hissəsidir”.
Bu fikirləri qardaş Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayev aprelin 12-də keçirilən Bahar xeyriyyə yarmarkasının açılış mərasimində səsləndirib.
Bahar xeyriyyə yarmarkası təşkil olunub. Tədbirin təşkilatçıları Beynəlxalq Qadınlar Klubu – Bakı (International Women’s Club – Baku) və Qazaxıstanın Azərbaycandakı Səfirliyinın təşkilatçılığı ilə keçirilən xeyriyyə aksiyasındakı çıxışında səfir bildirib ki, bu cür təşəbbüslər xüsusi əhəmiyyət kəsb edir: “Xüsusilə hazırda dünyada baş verən müharibələr, sarsıntılar və qarşıdurmalar fonunda insanların bir-birinə dəstək verməsi, ehtiyacı olanların yanında dayanması və humanitar aksiyalarda fəal iştirak etməsi daha da önəmli olur. Bu baxımdan türk-islam aləminin təmsilçiləri olaraq biz hər zaman fərqlənmişik və bu gün də bu cür aksiyalarda ön sıralarda yer almaqla köklərimizə, dəyərlərimizə sadiqliyimizi nümayiş etdiririk”.
Səfir aksiyanın məqsədinə çatacağına əminliyini ifadə edib, eyni zamanda tədbirdə iştirak edənlərə, qurum və təşkilatlara, diplomatik korpusun nümayəndələrinə və təşəbbüs sahiblərinə minnətdarlığını bildirib.






İlk şərhi yaza bilərsiniz