BAYRAQDAR MEDİA – Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 12-də növəbti buraxıılış imtahanı keçirib. İmtahanda 34 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edib.
Bu barədə DİM-dən məlumat verilib.
Məlumata görə, onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb: “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb”.





