Press "Enter" to skip to content

İstanbulda Azərbaycanlı yazardan möhtəşəm təqdimat

Həyat Şəmi tribunada

Son yeniləmə: 12 Aprel 2026

BAYRAQDAR MEDİA – Türk Ədəbiyyatı Vəqfində Azərbaycanlı alim, şair və yazar Həyat Şəminin yeni çapdan çıxmış “İstanbul saatı ilə” və “Gedirik Ağdama” adlı kitablarının təqdimatı keçirilib.

Müəllifin BAYRAQDAR MEDİA-ya verdiyi xəbərə görə, təq dimatda TƏV başqanı Serhat Kabaklı, İstanbul Azərbaycan Kültür Evi Dərnəyi başqanı Hikmet Elp və İstanbul Sənət və Kültür Dərnəyi fəxri başqanı Osman Öztürk də iştirak edib.

Bildirilir ki, Həyat Şəminin kitabları və yaradıcılığı haqqında dəyərli çıxışlar edilib, onun fəaliyyəti təqdir edilib. 2 saat yarım davam edən tədbirdə çıxışçılar təqdimatın möhtəşəm və maraqlı getdiyini deyib.

Təqdimat böyük marağa səbəb oldu
Təqdimat böyük marağa səbəb oldu

Eyni zamanda tuğgeneral Yörük Ali Aydın Paşa, əski vali Murat Yıldırım, jurnalist-yazar Sabri Şahsuvar, KarabaghisAzerbaijan Milli Platforması Türkiyə koordinatoru Dr. Elvin Abdurahmanlı, Dr. Mesut Şenol, Dos. Dr. Mehdi Genceli, İstanbul Sənət və Kültür Dərnəyi başqanı Yıldız İbram, Gürcüstanlı şair Eka Surameli, Dr. Mehdi Neimi, Dr. Əntiqə Rzayeva Elp, araşdırmacı-yazar Dr. Aynur İmran, YAZAK Akademiyası başqanı, “Temrin” dərgisinin baş redaktoru Şeref Yılmaz, Kerküklü şair Ali Yağmuroğlu, Güney Azerbaycanlı şair Hamid Ahmedzade, yazar Samiye Kaplan, şair Şükran Aydın, tərcüməçi Təranə Musayeva, sənətçi İclal Akkaplan tədbirdə iştirak edib.

Həyat Şəmi, “bu dəyərli günümdə yanımda olan bütün sevənlərimə, qonaqlarıma, müsafirlərimə – hər kəsə dərin təşəkkürümü bildirirəm”, deyə bildirib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.