BAYRAQDAR MEDİA – Kənd təsərrüfatı naziri Məcnun Məmmədov aprelin 17-də saat 09:00-da Zəngilan rayonunun Ağalı kəndində Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edəcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “qəbul zamanı bu rayonlardan olan vətəndaşların KTN-in səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək. Vətəndaş qəbulunda iştirak etmək istəyən Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarının sakinləri Zəngilan DAİM-ə (050-337-26-22/050-216-43-43) müraciət edə bilərlər”.
Bildirək ki, qəbula yazılmaq üçün, həmçinin Nazirliyin Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar. Həmçinin qeyd edilir ki, qəbula gələn vətəndaşlar mütləq əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.






İlk şərhi yaza bilərsiniz