BAYRAQDAR MEDİA – Aprelin 12-də Türkiyənin Antalya şəhərində güləş üzrə “Zəfər Kuboku”na başlanılıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Güləş Federasiyasından (AGF) daxil olub.
Xəbərdə deyilir ki, “U17 yaş qrupu üzrə keçirilən ənənəvi turnirin ilk günündə 4 güləşçi fəxri kürsüyə yüksəlib. Sərbəst güləşdə İbrahim Həsənov (51 kq) bütün rəqiblərini üstələyərək qızıl medalın sahibi olub”.
Ardınca xəbərdə, “Yunan-Roma güləşçiləri isə ilk yarış günündə 1 dəst medal qazanıb. 51 kq-da Hüseyn Mustafazadə ikinci, İlkin Qurbanov isə üçüncü yeri tutub. Rəqiblərinə şans tanımayan Əli Məmmədov (71 kq) isə çempion olub” deyə qeyd edilir.





