Press "Enter" to skip to content

Afrika QHT-ləri WUF13-də fəal iştiraka dəvət edilib

Aygün Əliyeva çıxış edərkən

BAYRAQDAR MEDİA – II Afrika Şəhərsalma Forumu (AUF2) çərçivəsində 2026-cı il aprelin 10-da “Gənclər mənzil ekosisteminin mərkəzində” mövzusunda yan tədbir keçirilib. Tədbirdə qlobal şəhər gündəliyində gənclərin rolu ilə bağlı məsələlər müzakirə olunub.

Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri, WUF13 Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva tədbirin açılışında “WUF13: vətəndaş cəmiyyətinin səsi” mövzusunda çıxış edib.

Bu barədə Agentliyin məlumatında qeyd edilib.

Məlumata görə, Aygün Əliyeva, II Afrika Şəhərsalma Forumunun (AUF2) iştirakçılarına WUF13 barədə məlumat verib, onları bu qlobal tədbirdə fəal iştiraka dəvət edib.

Yan tədbirə Keniya Prezidentinin qızı, “SMACHS” Fondunun təsisçisi və rəhbəri Şarlen Ruto (Charlene Ruto) da qatılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.