Press "Enter" to skip to content

Ardahan Universiteti Azərbaycanda beynəlxalq təhsil sərgisində təmsil olunub

Sərgidən xatirə fotosu

BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin Ardahan Universiteti beynəlmiləlləşmə strategiyası çərçivəsində Azərbaycanın Mingəçevir şəhərində keçirilən təhsil sərgisində iştirak edib. Tədbirdə universitet namizədləri ilə ali təhsil müəssisələri bir araya gətirilib.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Bildirilib ki, universitet nümayəndələri iştirakçılara akademik imkanlar, qəbul prosesi və beynəlxalq proqramlar barədə ətraflı məlumat veriblər: “Sərgi müddətində azərbaycanlı tələbələrlə fərdi görüşlər keçirilib və onların sualları cavablandırılıb. Xüsusilə xarici tələbələr üçün təqdim olunan imkanlar böyük maraq doğurub”.

Eyni zamanda digər universitet nümayəndələri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib. Bu cür tədbirlərin universitetin tanıtımına və yeni tərəfdaşlıqların qurulmasına mühüm töhfə verdiyi bildirilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.