BAYRAQDAR MEDİA – Adana Alparslan Türkeş Universitetində keçiriləcək KreativEU proqramı ilə bağlı hazırlıq iclası olub.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Məlumata görə, iclasda beynəlxalq tədbirin təşkilati məsələləri müzakirə edilib: “Müxtəlif ölkələrdən rektorların qatılacağı proqramın akademik və mədəni tərəfləri qiymətləndirilib. Tədbirin uğurla keçirilməsi üçün görüləcək işlər planlaşdırılıb. Layihənin universitetin beynəlxalq nüfuzuna müsbət təsir göstərəcəyi vurğulanıb”.






İlk şərhi yaza bilərsiniz