Press "Enter" to skip to content

Məktəbdə məişət zorakılığı ilə bağlı görüş

Məktəbdə məişət zorakılığı ilə bağlı görüş

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) təşkilatçılığı ilə “Təhsildə sosial iş xidməti” çərçivəsində növbəti görüş Nərimanov rayonu Bəhruz Sultanov adına 34 nömrəli tam orta məktəbdə keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “məişət zorakılığına qarşı mübarizə mövzusuna həsr edilən maarifləndirici tədbirdə şagirdlər, müəllimlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Görüş zamanı məişət zorakılığının yaratdığı fəsadlar, onun cəmiyyətə təsiri, qarşısının alınması yolları və mövcud hüquqi mexanizmlər barədə ətraflı məlumat verilib. Eləcə də “Təhsildə sosial iş” xidmətinin həssas əhali qruplarından olan uşaqların sosial rifahına təsirindən və təhsil həyatındakı əhəmiyyətindən danışılıb”.

Tədbirin məqsədi şagirdlərin müvafiq sahədə məlumatlılığının artırılması, eləcə də şagirdlərdə sosial məsuliyyət hissinin və özünümüdafiə bacarıqlarının formalaşdırılmasına dəstək göstərilməsidir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.