Press "Enter" to skip to content

Nazir Avropa Atletika Assosiasiyasının prezidenti ilə görüşüb

Nazir Avropa Atletika Assosiasiyasının prezidenti ilə görüşüb

BAYRAQDAR MEDİA – Aprelin 14-də gənclər və idman naziri Fərid Qayıbov Avropa Atletika Assosiasiyasının prezidenti Dobromir Karamarinovu qəbul edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “qonağı salamlayan nazir Azərbaycanda idman sahəsində görülən işlər və əldə olunan nailiyyətlər barədə məlumat verib. Görüş zamanı Azərbaycan ilə Avropa Atletika Assosiasiyası arasında əməkdaşlıq imkanları və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub. Görüşdə sözügedən Assosiasiyanın baş icraçı direktoru Kristian Milz və Kommunikasiya departamentinin rəhbəri Biljana Daniçiç, Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov və baş katibi Məhərrəm Sultanzadə də iştirak ediblər”.

Mission News Theme by Compete Themes.