BAYRAQDAR MEDİA – Iğdırda yay süfrələrinin vazkeçilməz məhsulu olan qarpız mövsümün ilk məhsulları ilə bazarlarda satışa çıxarılıb. Dadı və ətri ilə yüksək qiymətləndirilən qarpızlar, qiymətinin baha olması ilə də diqqət çəkir.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Məlumata görə, mövsümün ilk qarpızları bazara daxil olub və əsasən digər bölgələrdən gətirilən məhsullar alıcılar tərəfindən böyük maraqla qarşılanır: “Lakin kiloqram qiymətinin 50–65 TL arasında dəyişməsi istehlakçıları düşündürür.İlk qarpızı dadmaq istəyən vətəndaşlar yüksək qiymətlərə görə daha kiçik ölçülü məhsullara üstünlük verirlər”.






İlk şərhi yaza bilərsiniz