BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialından direktor müavini Dos. Dr. Xəyyam Cavadzadə, İqtisadiyyat və İnzibati Elmlər fakültəsinin rəhbəri Pərvanə İsmayılova və beynəlxalq əlaqələr üzrə mütəxəssis Əsmər Vəliyeva İğdır Universitetində səfərdə olublar.
Bu barədə İğdır Universitetindən məlumat verilib.
Məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti universitetin prorektorları ilə görüşərək iki ali təhsil müəssisəsi arasında akademik və elmi əməkdaşlıq imkanlarını müzakirə edib: “Görüşdə tələbə və müəllim mübadilə proqramları, o cümlədən Erasmus+ və Mevlana kimi layihələr diqqət mərkəzində olub. Eyni zamanda birgə elmi tədqiqatlar və beynəlxalq nəşrlər sahəsində əməkdaşlıq perspektivləri dəyərləndirilib”.
Məlumatda deyilir ki, universitetlərarası əlaqələrin gücləndirilməsinin təhsilin keyfiyyətinə və qlobal elmi istehsala töhfə verəcəyi vurğulanıb. Səfər qarşılıqlı hədiyyə təqdimatı və xoş arzularla başa çatıb.






İlk şərhi yaza bilərsiniz