BAYRAQDAR MEDİA – Türkiyənin Süleyman Dəmirəl Universiteti Qazaxıstanın Türküstan şəhərində keçirilən “Yasəvi yolunda Ahi Evran və Ahilik” proqramında təmsil olunub.
Bu barədə SDÜ-nin məlumatında qeyd edilib.
Bildirilib ki, universitet adından professor Mustafa Genç iştirak edib: “Tədbir çərçivəsində Xoca Əhməd Yəsəvi türbəsi ətrafında və universitetdə iki interaktiv kök boya emalatxanası təşkil olunub. Çivit və indiqo boyaları ilə aparılan tətbiqi məşğələlərdə iştirakçılara ənənəvi boyama üsulları öyrədilib. Emalatxanada boyanmış min ədəd köynək iştirakçılara hədiyyə olunub”.
Məlumata əsasən, proqramda müxtəlif universitetlərdən alimlərin iştirakı ilə ebru, toxuculuq, keramika və digər ənənəvi sənət sahələrində tətbiqi fəaliyyətlər keçirilib. Bundan əlavə, beynəlxalq simpozium da təşkil olunub.






İlk şərhi yaza bilərsiniz