Son yeniləmə: 14 Aprel 2026
BAYRAQDAR MEDİA – Ardahan Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb.
Bu barədə Ardahan Universitetinin məlumatında qeyd edilib.
Bildirilib ki, sazişə əsasən ortaq tədris proqramları, yay məktəbləri və elmi tədbirlər təşkil olunacaq. Bu əməkdaşlıq müəllim və tələbə mübadiləsini də əhatə edir. Beş illik razılaşma iki ölkə arasında elmi əlaqələrin gücləndirilməsinə xidmət edir. Layihə universitetlərin beynəlxalq nüfuzunu artıracaq.






İlk şərhi yaza bilərsiniz