Press "Enter" to skip to content

Azərbaycan millisi “Zəfər Kuboku”nda ikinci olub

Azərbaycan millisi “Zəfər Kuboku”nda ikinci olub

BAYRAQDAR MEDİA – Türkiyənin Antalya şəhərində təşkil edilən güləş üzrə “Zəfər Kuboku” başa çatıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Güləş Federasiyasından (AGF) daxil olub.

Xəbərdə qeyd edilir ki, “ənənəvi turnirin son günündə 5 güləşçi fəxri kürsüyə qalxıb. Sərbəst güləşdə Nihad Süleymanlı (80 kq) və Hakim Tağıyev (110 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar. Yunan-Roma güləşində isə Zəka Yusubovla (80 kq) Məhəmməd Mustafayev (110 kq) eyni nəticəyə imza atıb. İsfahan Həsənov (80 kq) isə bürünc medalı boynundan asıb”.

Sonra xəbərdə, “sərbəst güləş üzrə Azərbaycan millisi ənənəvi turniri 3 qızıl, 1 gümüş və 2 bürünc medalla tamamlayaraq 147 xalla komanda hesabında 2-ci yeri tutub. Yunan-Roma güləşi üzrə yığma isə 5 qızıl, 2 gümüş və 2 bürünc medalla 169 xal toplayıb və ümumi sıralamada 2-ci pillədə yer alıb” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.