Press "Enter" to skip to content

Badminton məşqçilərinin beynəlxalq sertifikatlaşdırılması

Badminton məşqçilərinin beynəlxalq sertifikatlaşdırılması

BAYRAQDAR MEDİA – Azərbaycan Badminton Federasiyası (ABF) Dünya Badminton Federasiyası (BWF) və Avropa Badminton Konfederasiyası (BEC) ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində qurumun strateji planına uyğun olaraq beynəlxalq lisenziyalı “Coaching Education Level 1” (I dərəcə) məşqçilik kurslarının təşkili və keçirilməsində mütəmadi iştirak edir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ABF-dən daxil olub.

Xəbərdə bildirilir ki, “badminton məşqçilərinin bilik və bacarıqlarının artırılması, həmçinin onların beynəlxalq lisenziya sertifikatı əldə etməsi məqsədilə Azərbaycan millisinin baş məşqçisi Morteza Validarvi tərəfindən cari ilin 6–9 mart tarixlərində Türkiyənin Alanya şəhərində 8 məşqçi üçün “Badminton Shuttle Time Tutor” kursu keçirilib. Hazırda isə 14–18 aprel tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Coaching Education Level 1” üzrə növbəti məşqçilik kursu təşkil olunur. Təlimdə Azərbaycan, Gürcüstan və Latviyadan olan məşqçilər iştirak edirlər. Kursun müvafiq proqram üzrə beynəlxalq dərəcəli mühazirəçisi M.Validarvidir”.

Sonra xəbərdə, “Azərbaycanı bu təlimdə Nübar Orucova, Türkan SadıqovaVaqif İsmayılov təmsil edirlər. Kurs çərçivəsində badminton üzrə məşq materialları, treninqlər, nəzəri və praktiki məşğələlər təşkil olunur. Təlimə ümumilikdə 12 badminton məşqçisi qatılıb. “Level 1” proqramını uğurla başa vuran iştirakçılar BWF tərəfindən beynəlxalq sertifikatla təltif olunurlar. Bu sertifikat məşqçilərə dünyanın müxtəlif ölkələrində beynəlxalq standartlara uyğun badmintonçuların hazırlanması istiqamətində fəaliyyət göstərmək imkanı yaradır. Eyni zamanda, “Level 1” dərəcəsi milli komandalarda məşqçi kimi çalışmaq üçün də əsas kvalifikasiyalardan biri hesab olunur” deyə bildirilir.

ABF bundan sonra da məşqçi təhsilinin inkişafı, beynəlxalq təcrübənin tətbiqi və yerli mütəxəssislərin peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.