BAYRAQDAR MEDİA – Hər il aprelin 15-i Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunur. Bu münasibətlə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “15 aprel – Beynəlxalq Mədəniyyət Günüdür” adlı kitab sərgisi təşkil edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “MEK-in fondlarındakı nəşrlər əsasında hazırlanan ənənəvi sərgidə mədəniyyət və incəsənət tarixi, musiqi, memarlıq, xalçaçılıq, teatr və kino sənətinə dair azərbaycan, türk, rus və ingilis dillərində dəyərli əsərlər nümayiş olunur. Sərgidə “Heydər Əliyev və Azərbaycan incəsənəti”, “Heydər Əliyev və Bakının memarlığı”, “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz”, “Prezident İlham Əliyev və mədəniyyət (2008-2013)” II cilddə, “Prezident İlham Əliyev və mədəniyyət (2013-2018)” II cilddə, “Mehriban Əliyeva. Azərbaycan mədəniyyətinin hamisi”, “Mədəniyyətlərarası dialoq”, “Mədəni müxtəliflik sosial-siyasi dəyər kimi”, “Всеобщая история искусств”, “Azərbaycanın milli təsviri sənəti. The national fine arts of Azerbaijan 1960-1990”, “Сокровища музеев мира”, “Türkiyenin somut olmayan kültürel mirası”, “Ethnocultural heritage of Caucasian Albania”, “İçərişəhər Azərbaycan tarixində”, “Mədəniyyətlərin beşiyi: Təbriz”, “Qərbi Azərbaycan abidələri”, “Teatr”, “Azərbaycan multikulturalizmi”, “Старая Шуша”, “Azərbaycan xalça muzeyi”, “The color of Azerbaijan Motherland”, “Hindistan etnoqrafiyası”, “Mədəniyyətdə tarixilik və müasirlik”, “Qarabağ xanəndələri”, “Azərbaycan incəsənəti dünya muzeylərində” adlı kitablar əksini tapıb”.
Sərgi iki həftə davam edəcək.






İlk şərhi yaza bilərsiniz