BAYRAQDAR MEDİA – 2026-cı ilin birinci rübü ərzində Energetika Nazirliyinin (EN) “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 2 min 597 zəng qəbul edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya EN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “daxil olan zənglərin 2 min 196-sı elektrik və istilik enerjisi, təbii qaz təchizatı, 229-u təşəkkür xarakterli, 172-si isə digər məsələlərlə bağlı olub. Hesabat dövründə qəbul edilən bütün zənglər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə və ya tabeli qurumlara yönləndirilib, müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb”.
Qeyd edək ki, vətəndaşların müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə Nazirliyin “974” “Çağrı Mərkəzi” və (012) 598-16-55 “Qaynar Xətt”i fəaliyyət göstərir.






İlk şərhi yaza bilərsiniz