Press "Enter" to skip to content

FHN-dən silsilə maarifləndirmə tədbirləri

FHN-dən silsilə maarifləndirmə tədbirləri

BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Gəncə Regional Mərkəzi (RM) tərəfindən Gəncə şəhər M.Müşfiq adına 14 nömrəli, Samux rayon Ş.Ağamalıyev adına Füzuli kənd və Şəmkir rayon Q.Allahverdiyev adına Şiştəpə kənd, Aran RM tərəfindən Ucar rayon Qazıqumlaq kənd 1 nömrəli və Ağdaş rayonu, Nehrəxəlil kənd, Muğan RM tərəfindən Saatlı şəhər 4 nömrəli, Şimal RM tərəfindən Qusar rayonu, Ləcət kənd və Xaçmaz rayonu, Xudat şəhər 4 nömrəli, Şimal-qərb RM tərəfindən Qobustan rayonu, Ə.Nəbiyev adına Təklə Mirzəbaba kənd, Qarabağ RM tərəfindən Ağcabədi şəhər 1 nömrəli və Beyləqan rayonu, Dünyamalılar kənd 1 nömrəli və Cənub RM tərəfindən Masallı rayon Bədəlan kənd tam orta məktəblərində maarifləndirmə tədbiriləri keçirilib”.

Sonra xəbərdə, “tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub. Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib. İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb” deyə qeyd olunur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.