BAYRAQDAR MEDİA – Atatürk Universitetinin jurnalistika, radio-televiziya və ictimaiyyətlə əlaqələr proqramları İLAD tərəfindən akkreditasiya olunub. Sertifikatlar 2028-ci ilə qədər qüvvədə olacaq.
Univeristetin məlumatında deyilir ki, bu qərar proqramların tədris keyfiyyəti və akademik standartlara uyğunluğunu təsdiqləyir: “Fakültə rəhbərliyi bunu uzunmüddətli işin nəticəsi kimi qiymətləndirib. Rektor isə akkreditasiyanın tələbələr üçün keyfiyyətli təhsil baxımından mühüm olduğunu bildirib. Qeyd olunub ki, bu proses universitetin beynəlxalq əməkdaşlıq imkanlarını da genişləndirir”.





