Press "Enter" to skip to content

Yeni doğulan uşaqlara qoyulan adlar və milli kimlik

Toplantı zamanı

Son yeniləmə: 14 Aprel 2026

BAYRAQDAR MEDİA – Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə “Gələcəyimizin adı: yeni doğulan uşaqlara qoyulan adlar və milli kimlik” mövzusunda ictimai dinləmə keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Forumdan məlumat verilib.

Məlumata görə, tədbirin açılış nitqini Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli edərək mövzunun aktuallığını vurğulayıb.

Müzakirələr Maarifçi Media Mərkəzinin sədri Səadət Məmmədovanın moderatorluğu ilə davam edib.

Müzakirələr zamanı QHT rəhbərləri və nümayəndələri milli ad ənənələrinin qorunmasının əhəmiyyətini vurğulayaraq, qloballaşmanın bu sahəyə təsiri və valideyn məsuliyyəti ilə bağlı fikirlərini bölüşüblər.

Müzakirələrin sonunda iştirakçılar tərəfindən valideynlər arasında maarifləndirmə işinin gücləndirilməsi, milli dəyərlərə uyğun ad seçiminin təşviqi istiqamətində müxtəlif təkliflər irəli sürülüb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.