BAYRAQDAR MEDİA – Anadolu Universitetinin TÖMER rəhbərliyi İstanbulda müxtəlif qurumlarla görüşlər keçirib.
Bu barədə universitetdən məlumat verilib.
Məlumata görə, görüşlərdə akademik əməkdaşlıq imkanları müzakirə olunub. Türk dilinin xarici dil kimi tədrisi sahəsində fikir mübadiləsi aparılıb. Milli Müdafiə Universiteti ilə də əməkdaşlıq perspektivləri dəyərləndirilib. Bu səfərlərin gələcək əlaqələrə töhfə verəcəyi gözlənilir.





