Press "Enter" to skip to content

ÇOMÜ və Gelibolu bələdiyyəsindən böyük əməkdaşlıq layihəsi

Görüşdən foto

BAYRAQDAR MEDİA – Çanakkale Onsekiz Mart Universiteti (ÇOMÜ) ilə Gelibolu Bələdiyyəsi arasında 37,5 milyon TL büdcəli Avropa Birliyi layihəsi imzalanıb.

Bu barəd ÇOMÜ-dən məlumat verilib.

Məlumata görə “Galipoli’den Ekopoli’ye” adlı layihə Türkiyə üzrə seçilmiş ilk 24 layihə arasında yer alıb: “Layihə çərçivəsində Geliboluda karbon izinin azaldılması və ekoloji tarazlığın qorunması hədəflənir. Universitet rəhbərliyi bu təşəbbüsün elmi biliklərin praktik faydaya çevrilməsinin nümunəsi olduğunu vurğulayıb. Bələdiyyə rəhbərliyi isə layihənin şəhərin müasir və ekoloji inkişafına töhfə verəcəyini bildirib”. Məlumatda deyilir ki, yaxın günlərdə sahə işlərinə başlanılması planlaşdırılır. Layihə həm də əhali arasında maarifləndirmə tədbirlərini əhatə edəcək.

Mission News Theme by Compete Themes.