Press "Enter" to skip to content

“Gülüstan” tamaşasının məşqlərinə başlanılıb

“Gülüstan” tamaşasının məşqlərinə başlanılıb

BAYRAQDAR MEDİA – Gəncə Dövlət Milli Dram Teatrında Vaqif Əmiraslanın “Gülüstan” pyesi əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrdan daxil olub.

Xəbərdə bildirilir ki, “real həyat həqiqətləri üzərində hazırlanacaq tamaşa 44 günlük Zəfər müharibəsinin ədəbi və bədii bütövlüyünü özündə əks etdirməklə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbəyə, şəhidlərin əziz ruhlarına, qazilərə ithaf olunaraq teatra dəvət edilmiş gənc rejissor Fuad Cavadzadənin traktovkasında ictimaiyyətə təqdim ediləcək. Yeni yaradıcılıq işinin quruluşçu rəssamı Mirzə Mehdi Hüseynov, bəstəkarı Svetlana Hüseynova, xoreoqrafı Sənan Cavadov və qrafik işi isə Sübhan İbrahimova məxsusdur. Səhnə əsərində Xalq artisti Pərvanə Qurbanova, əməkdar artistlər İlham Hüseynov, Novruz Cəfərov, Kəmalə Məmmədova və bütövlükdə teatrın 30-dan çox aktyor heyəti iştirak edəcək”.

Tamaşanın premyerası may ayının 17-də keçiriləcək.

Mission News Theme by Compete Themes.