BAYRAQDAR MEDİA – Genişzolaqlı və mobil şəbəkə keyfiyyətinin qiymətləndirilməsi üzrə qlobal şirkət olan “Ookla” mart ayı üzrə “Speedtest Global Index” hesabatını təqdim edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “yeni hesabata görə, Azərbaycanda sabit genişzolaqlı internetin median sürəti 91,37 Mb/s, mobil internetin median sürəti isə 95,43 Mb/s olub. Fevral ayı ilə müqayisədə sabit genişzolaqlı internetin həcmi 0,10 Mb/s və ya 0,11 faiz, mobil internetin sürəti isə 0,48 Mb/s və ya 0,51 faiz yüksəlib”.
Ardınca xəbərdə, “illik müqayisədə sabit genişzolaqlı internetin sürəti 17,75 Mb/s (24,11%), mobil internetin sürəti isə 20,81 Mb/s (27,89%) artıb. Bu artım ölkədə rəqəmsal transformasiyanın, elektron xidmətlərə tələbatın, distant iş və təhsil imkanlarının genişlənməsinin göstəricisidir və Azərbaycanın qlobal internet reytinqlərində mövqeyinin yüksəldiyini təsdiqləyir” deyə qeyd olunur.





